Yapışdırılmış brusdan evlər Uzunömürlülüyünə görə yapışdırılmış brusdan tikilmiş evlər aqacdan tikilmiş digər evlərə nisbətən ən əlverişlisi və dözümlüsüdür. Yapışdırılmış brusdan tikilmiş evlərin digər taxta evlərdən fərqləri: 1. Yapışdırılmış brusdan tikilmiş evlərdə faktiki olaraq quruyub daralmalar olmur 2. Tikilmiş evlərin interyer düzəlişlərinə və ya kosmetik işlərə heç bir ehtiyac olmur 3. Optimal nəmişlik virusların, göbələklərin və bakteriyaların yaranmasına imkan vermir 4. Yapışdırılmış brusdan tikilmiş evlərin içində olan hava şeraiti Ürək damar, allergiya və bronxial xəstəliklərə meyilli olan ailələr üçün ideal uyğun gəlir Yapışdırılmış brusun tikiliş texnologiyası yüksək ekoloji xarakteristikalara malik, nəmişliyə davamlı və temperaturu stabil saxlamaq xüsusiyyətlərinə malik son dərəcə möhkəm və davamlı tikinti materialı əldə etməyə imkan yaradır. Brusun əldə olunması üçün istifadə olunan taxtalar bir biri ilə keyfiyyətli və təhlükəsiz yapışqanla birləşdirilir. Istifade olunan yapışqan ekoloji təhlükəsiz olmasıyla beraber həm də brusa yüksək möhkəmlik verir və ağacın nəfəs almasına kömək edir ki, bu da evin içində pozitiv aura yaratmaqla yanaşı brusun uzunömürlü olmasına imkan yaradır. Yapışdırılmış brusun möhkəmliyi təkcə yapışqanın deyil, hemçinin ağacın illik halqalarının düzgün düzülüşü hesabına alınır. Brusu təşkil edən taxtaların ardıcıllığı elə düzülür ki, brusa daha çox möhkəmlik versin. Profillənmiş yapışdırılmış brus xüsusi avadanlıqlarda istehsal olunur. Onların köməyi ilə brusun hər dörd tərəfində pazllar yaradılır ki, bunun köməyi ilə bruslar bir birinı möhkəm şəkildə birləşdirilərək vahid konstruksiya halına gətirilir. Yapışdırılmış brusdan hazırlanmış evləri digər ağacdan olan evlərdən fərqləndirən b ir sıra xüsusiyyətlər vardır: Digər ağacdan və sadə brusdan olan evlərin materialı özundə ağacın təbii nəmişliyini saxladığından, müəyyən vaxtdan sonra ağacda quruma baş verdiyindən çatlar əmələ gəlir.Evin ümumi kostruksiyasında yığılma baş verir. Yapışdırılmış brus evin tikilmə müddətində zamana qənaət etməyə imkan verir. Yapışdırılmış brus texnologiyası evin ilin bütün fəsillərində tikilə bilməsinə imkan yaradır. Yapışdırılmış brus istilik izolyasiyası xüsusiyyetlərinə görə ən keyfiyyətli yumru ağac materiallarından belə qat qat üstündür. Yapışdırılmış brusun üzəri cilalı olduqundan iç və çöl kosmetik işlərinə heç bir ehtiyac olmur. Kosmetik işlərin tələb olunmaması evin tikilişi zamanı maddi xərcləri təqribən 50%-ə qədər azaldır. Digər materiallardan olan evlərdəki kimi ev tikintisi bitdikdən sonra evin oturuşmasını gözləməyə ehtiyac qalmır. Bu halda ev hazır qurudulmuş bruslardan istifadə olunaraq tikilir ki, bu da faktiki olaraq oturuşma vermir. Buna görə də qapi, pəncərə və digər detallar ev hazir olduqdan həmən sonra yerinə montaj oluna bilir və bu da evin tikintisinə tam bir il qənaət etməyə imkan verir. Yapəşdərəlməş brusdan olan evlər daş və digər materiallardan tikilmiş evlərdən qat qat yüngül olduğundan çox dərin bünövrəyə də ehtiyac qalmır. Buna görə də yapəşdərəlməş brus ev tikintisində özünə rəqib tanımır. Yüksək istilik izolyasiyası, nəmişliyə davamlılıq və əla daxili göstəriciləri yapışdırılmış brusdan tikilmiş evləri uzun ömürlü və dözümlü edir.