Taxta evləri qışda tikmək lazımdır. Taxta evləri qışda tikmək lazımdır! Hər il payızda biz taxta evlər tikən şirkətlərdən bunu eşidirik. Buna baxmayaraq normal düşüncəli insan bilir ki, tikinti maydan – sentyabra qeder, ilin isti aylarında olunması daha yaxşıdır. Normal düşüncəli insanlar da anlayır ki, tikintinin qışda aparılmasını məsləhət görənlərin məqsədi ancaq odur ki, isti aylarda sifarişlər daha çoxdur və bunun üçün də müştərilər qişda ev tikintisini sifariş etməyə yönəldilir. Amma məlum mərhələdə bu həqiqətə uyğundur. Aydın məsələdir ki tikinti şirkətləri qış aylarında sifarişlərin demək olarki olmadığını görərək bu addimi atmirlar. Evi qışda tikirlər fikri marketing fendinden başqa bir şey deyil? ya bunun arxasında diqqət olunmalı daha ciddi səbəblər durur? Aydınlıq gətirməyə çalışaq. 1. Texnoloji aspektlər İstənilən tikinti materialı tikinti zamanı atmosfer dəyişikliklərinin tikinti materialına əksər hallarda neqotiv təsirinə məruz qalır. Temperatur və atmosfer dəyişikliyindən asılı olmayaraq genişlənməyən ve ya sıxılmayan Ağac materialı da istisna deyil. Digər materiallardan fərli olaraq temperatur ve atmosfer dəyişikliklərindən zədələnmədiyinə baxmayaraq, ağac materialı nemişlikdən qorunmalıdır. Məhz nəmişlik tikiləcək evin mövsümünü dəqiq seçməyə məcbur edir. Ağac qiqroskopik material olduqundan udulmuş nəmişliyin miqdarından asılı olaraq ölçülərini dəyişir. Montaj baxımından Ağac evin tikilişində nəmişliyin təsirindən ölçülərin dəyişməsi mühüm əhəmiyyət kəsb edir. Nəmişlik 80-100% həddində olduqda ağac ölçülərini dəyişərək şişir və nəticədə konstruksiyanın detalları bir birinə keçmir. Bu zaman kuvalt və ya digər alətlərlə gü tətbiq olunaraq detallar yığılır və əlbətdəki bu zaman konstruksiyada zədələr əmələ gələ bilər. Aşağı mişlik 20-30% halənda isə ağacda yığılma baş verir ki, bu halda da konstruksiyanin hissələri bir birinə keçərkən onların arasında aralıqlar qalır və konstruksiya möhkəmliyini itirir. 2. İqtisadi aspektlər Bu halda bizə elmi məsləhətçi deyil, sadə məntiq lazımdır. Ənənəvi olaraq düşünülür ki, ev tikilməsinin zamanı isti mövsümdür.Lakin düşünsək görərik ki ağac evlərin tikintisi ölkəmizdə son bir neçə ildə vüsət almasına baxmayaraq, bu fikir daha uzaq keçmişdə formalaşmışdır. Deməli bu fikir daş və beton evlər üçün formalaşıb. Əlbətdə betondan tikilmiş evlərdə temperatur şəraiti nəzərə almaq mütləqdir. Ağac evlərin tikintisində bünövrə betondan olduğundan bünövrə işlərini soyuq mövsüm başlamamış bitirmək lazımdır.Tikintiyə başlayarkən iqtisadi nüansları da nəzərə almaq zəruridir. Tikinti qış mövsümünə düşübsə və siz növbəti ilin laz yay aylarını gözləmək qərarına gəlmisinizsə, düşünün ki, növbəti ilin yaz aylarında tikinti materiallarının qiyməti 7-10% artacaq, bununla da sizin evin tikintisinə çəkəcəyiniz xərclər də artacaq. Buna görə də ən sərfəli variant evin bünövrəsini payızda quraraq, tikintini qıəda davam etdirmək olardı. Son neticəyə gələrkən görə bilərik ki, ağac evlərin tikintisini istənilən aspektdə qışda aparmaq daha sərfəlidir. Göründüyü kimi ev tikintisini isti mövsümde həyata keçirtmək lazımdır stereotipi ancaq işbazların oyunu olaraq onların maddi maraqlarına xidmət edir.