Ağacın xüsusiyyetləri Günümüzdə bir çox insanlar ağac evlərə üstünlük verir. Ağac ev qızdırır, sağaldır, qoruyur. İstilikkeçirmə. Ağac çox aşağı istilikkeçirmə xüsusiyyetinə malikdir. Brusun en kısiyi regiondan asılı olaraq seçilir. Azərbaycan üçün bir qayda olaraq 200mm en kəsikli brus seçilir. Sağlamlıq: Ağac evin daxilində temperatur və nəmişliyi optimal saxlayır və havada oksigenin miqdarını sabitləşdirir. Insanın özünü yaxşı hiss etməsi üçün optimal nəmişlik həddi 45-55% faiz hesab olunur. Ağac ,evin daxilində optimal mikroklimat yaratmaq xüsusiyetinə malikdir. Ağacın tərkibindəki efir yağları evdəki hava ilə qarışaraq unikal antiseptik xüsusiyetlər əldə edir. Ağacın daha bir unikal xüsusiyetlərindən biri də zeherli maddələrin (meselen: sigaret tüstüsü) absorbsiyasıdır. Ətraf mühitin müasir vəziyyətində ağac ev sakinləri üçün ekoloji təmizliyin və təmiz hava baxımından oazisə dönür. Antiseptik xüsusiyyətləri nəticəsində digər evlərdən fərqli olaraq toz fırlanmır. Daş evlərdən fərqli olaraq ağac evlərdə kondensant problemi yoxdur. Sakitlik: Ağac evin şəfalı olması həmçinin də insanın psixoloji və emosional durumu üçün də xeyirli olması qeyd olunmuşdur. Yapışdırılmış brusdan olan evin cilalanmış xoüa gəlimli divarlarının, evin xüsusi spesifik ətri, təbii rəng çalarları insana ruhlandırıcı təsir göstırir. Ağac evdə yaşanan həyat sakitlik, xoşbəxtlik və təbəssüm gətirir. Qənaət: Hazır bünövrə üzərində yapışdırılmış brus konstruksiyasının qurulması iki həftə vaxt tələb edir. Montajın belə sürətli olması onunla əlaqədardır ki, yığılmaya tam hazır konstruksiyanın detalları gətirilir. Brusun karkasın elementləri çox yüngül olduğundan əlavə daşınma xərcləri tələb etmir. Brus evlərin ən böyük üstünlüklərindən biri də daxili və xarici emala ehtiyac olmamasıdır. İstehsalın ekolojiliyi: Ağac bərpa olunan tikinti materialı olduğundan biz istehsal zamanı, tikinti zamanı yaranmış artıq hissələrin utilizasiyası zamanı ətraf mühitə zərər vurmuruq. Yapışdırılmış brusdan oilan ağac evlər bir çox üstünlüklərə malikdir. Demək olar ki, oturuşma vermir, çatlamır və temperatur izolyasiyası olması. Bu xüsusiyyətlərinə görə artıq bir çox insan şəhər dən kənar və ya bağ evi olaraq taxta evlərə üstünlük verir.