Yapışdırılmış brusla evlərin tikilməsi Tikinti şirkəti olan Ecovilla Azərbaycanda ilk və yeganə şirkətdir ki, yapışdırılmış brusla yüksək keyfiyyətli, uzun ömürlü, ekoloji təmiz evlərin tikintisini həyata keçerdir. Müasir taxta ev aşağıdakı tələblərə cavab verməlidir: 1. Yüksək rahatlığın təminatı 2. Təhlükəsizlik 3. Uzun illər xidmət etməsi Yapışdırılmış brusdan tikilmiş evlər sadalanmış kriterilərə tam uyğundur. Yapışdırılmış brus – bütün beynəlxalq keyfiyyət standartlarına və tikinti normativlərinə cavab verən yüksək xarakteristikalara malik olan, yanğına davamlı və ətraf mühitə zərərsiz ekoloji təmiz materialdır. Yapışdırılmış brusdan tikilən evlərin üstünlükləri. Digər tikinti materiallarından tikilmiş evlərin qiymətinə nisbətən daha ucuz başa gəlir. Evin tikintisi başa çatdıqdan sonra interyer və eksteryerdə heç bir kosmetik işə ehtiyac olmur. Deməli yapışdırılmış brusdan tikilən evin tikintisinə daha az maliyyə xərclənir. Bundan əlavə bütəv ağac evlərdən fərqli olaraq tikinti zamanı konstruksiya daha az oturuşma verəcək. Buna baxmayaraq onun üzəri çatlamır və yüksək su keçirməmək və istilik izolyasiyası xüsusiyyətlərinə malik olur. Həmçinin qeyd etmək lazımdır ki yapışdırılmış brus heç bir kosmetik iş tələb etmir və bu da növbəti dəfə sübut edir ki, yapışdırılmış brus həm sərfəli həm də qənaətlidir. Detalların və birləşmələrin yüksək dəqiqliklə hazirlanması tikintiyə sərf olunan zamana və bununla da əlavə xərclərə qənaət etməyə imkan yaradır. Ecovilla həm standart laihələr və həmçinin də hər bir müştəriyə individual yanaşaraq onların istıklərini rallaşdırmaqla müştərilərə ən sərfəli şərtlərlə öz xidmətlərini sizlərə təklif edir.