Bünövrənin quruluşu. Yapışdırılmış brus – 100 ilə qədər xidmət edə biləcək yüksək keyfiyyətli materialdır. Buna görə də evdəki bütün digər material və aksesuarlar eyni standarta cavab verməli və dözümlü olmalıdır. Bünövrənin qurulması göründüyü kimi asan deyildir. Bu yöndə fərqli yanaşma lazımdır. Materiala və vaxta qənaət edərək nəticə etibarı ilə tikiləcək evə cox böyük fəsadlar törətmək olar. Düzgün görülməmiş hər bir iş bünövrəyə təsir edərək tikilmiş evə fotal təsir göstərə bilər. Lentli bünövrə. Lentli bünövrə monolit dəmir beton konstruksiya olaraq evin daşıyıcı sütünlarının altında qumlu çınqıllı yastiq üzərində qurulur ki, bu da basqının hər tərəfə bərabər paylanmasına kömək edərək möhkəmlik və dözümlülük yaradır.Lentli bünövrə konstruksiyasının zirzəmi və qaraj kimi istifadə oluna bilməsi də lentli bünövrələrin müsbət cəhətlərindən biri sayılır. Bu növ bünövrə ən dözümlü bünövrə növü olmaqla yanaşı həm də uzunömürlü və daha ucuz başa gələndir. Bu tip xüsusiyyətlərinə görə lentli bünövrələr daha çox yayəlmışdır. Nəyə görə bu tip bünövrələr hər yerdə hər zaman istifadə olunmur? Məsələ burasındadır ki, bu bünövrə növü bəzi qrunt növünə uyğun deyildir. Əgər torpaq bataqlıq, gilli və ya nəmlidirsə, bünövrə mövsümi torpaq sürüşmələri bünövrənin əyilməsinə və çatlamasına gətirib çıxara bilər. Məhz buna görə də bu kimi hallarda lentli deyil, pliteli bünövrə sistemlərindən istifadə olunur. Plitəli Fundament - həmçinin monolit fundament kimi tanınır. Bu tip bünövrənin müsbət cəhəti ondan ibarətdir ki, bu bünövrə növü su sızmasından, nəmişlikdən və torpaq sürüşməsindən qorxmur. Belə bir hal baş verdikdə bünövrə qruntla birlikdə hərəkət edir. Bu xüsusiyyətlərinə görə plite bünövrələr üzərində tikilmiş evlər heç vaxt daqılmır və ya çatlamır. Geniş səthinin sahəsinə görə evin ağırlığından yaranan təzyiqi bərabər paylayaraq mükəmməl dözümlülük yaradır. Bünövrənin tam quruması 28 gün ərzində baş verir. Bünövrənin drennaj sistemi. Quyulardan və drennaj borularından ibarət olan bünövrənin drennaj sistemi tikiləcək evin uzunömürlülüyündə çox böyük rol oynayır.Bu sistem bünövrəni üqrunt sularından və nəmişlikdən qorumaq üçün qurulur. Drennaj sistemi qurulmasa qrunt suları bünövrəyə, oradan isə evin özünə keçərək onu tədricən daqitmaqa başlayır. Drennaj sistemi müxtəlif ölşülü borulardan ibarət olaraq ən azindan bir drennaj quyusu olması mütləqdir. Drennaj quyusu evin ən alçaq hissəsində qurulur ki, sistemə yıqılmış qrunt suları öz axını ilə drennaj quyusuna axıb tökülə bilsin. Bünövrənin qızdırılması Bizim iqlim şəraitinə görə bünövrənin isidilmə sisteminin qurulması bəzi hallarda mütləq şərtlərdən biridir. Bu isitmə sistemi bünövrənin ətrafında və ya içərisində qurula bilər. Bünövrənin isidilməsi tikilmiş evin ömrünün uzadılması ilə bərabər həm də evin ümumi isidilmə sistemine 20%-ə qədər qənaət olunmasına şərait yaradər ki, bu da uzun illər boyunca böyük məbləğdə maddi vəsaitə qənaət olunmasına imkan yaradır. Bünovrenin izolasiyalı qızdırılması üçün əsasən poliuretan püskürdülməsi üsulundan istifadə olunur. Bu üsulla bünövrənin üzərində nazik poliuretan təbəqəsi yaradılır ki, bu da nəmişliyin və istiliyin itirilməsinin qarşısını alır. Hidroizolyasiya - müasir tikinti bazarı çeşid bolluğu ilə tikinti sahəsinə bir çox imkanlar yaradır. Bunların arasında mükəmməl hidroizolasiya yaratmaq üçün istifadə olunan materiallar da var. Hidro isolyasiya üçün istifadə olunan materiallar iki növdə olur. Rulonlu hidroizolyasiya materialları – hazır rulonlarla satıldığından bir başa istifadəyə hazır olur. Hopdurulmuş hidroizolasiya – quru polimer və sement qarışığıdır. Bu qarışıq su ilə qarışdırılaraq bünövrənin üzərinə şpatlovka kimi vurulur. Bu izolyasiya növü bünövrənin iç tərəfdən izolyasiya olunması üçün ən əlverişli vasitədir.